Azərbaycanın üç veteran cüdoçusu Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın üç veteran cüdoçusu Avropa çempionu oldu

İdman

09 İyun 2023 22:57 710


Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıblar.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, ikinci yarış günündə M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançı mübarizə aparıb.

M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. pizza hut

M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!