Azərbaycanın ucqarında “mini Avropa” -  Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ucqarında “mini Avropa” - Video

Sosial

18 Dekabr 2019 08:33 1010


Balakən rayonu İtitala kənd məktəbi balaca Avropanı xatırladır, çünki onun şagirdlərinin çoxu, hətta bəzi müəllimlər buraya velosipedlə gəlirlər. Onların hətta öz parkinq yerləri belə var.

"Yeni Sabah" Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu məktəb Azərbaycan üçün qeyri-adi  bir nəqliyyat modeli yaradıb. Belə ki, şagirdlər 5 ildən çoxdur dərsə velosipedlə gedib-gəlməyi gözəl bir ənənəyə çeviriblər.

Məktəb direktoru Məhəmməd Mustafayevin dediyinə görə, bu, tamamilə uşaqların öz təşəbbüsü olub. pizza sifarişi

“Bəzi uşaqlar yolları uzaq olduğundan velosipedlə gəlməyə başladılar. Daha sonra isə bu, ənənə halını aldı. Bu gün artıq 90 şagird velosipedlə gəlir. Bu həm onların sağlamlığına, həm də məktəbin davamiyyətinə müsbət təsir edir”, direktor fikirlərini bölüşüb.  

Məktəbin administrasiyası bu ideyanı canla-başla dəstəkləyib. Məktəbin həyətində hər sinif üçün ayrıca parkinq cərgəsi yaradılıb. Texniki problem olanda isə balacalar bir-birlərinə kömək edirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!