Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib

İqtisadiyyat

11 Mart 2021 09:49 1393


2020-ci ildə beynəlxalq konyukturun əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları nəinki azalmamış, əksinə artmışdır.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd edilib ki, ötən il Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 0,2 faiz (99,2 milyon ABŞ dolları) artıb. Nəticədə ölkənin valyuta ehtiyatları 51,2 milyard ABŞ dollarına çatıb ki, bu da ümumi daxili məhsulu üstələyib. Sezar pizza

Mərkəzi Bankın valyuta ehtiyatları 1,8 faiz artaraq 6,4 milyard ABŞ dolları,  Dövlət Neft Fondunun vəsaiti isə 0,6 faiz (241 milyon ABŞ dolları) artaraq 43,6 milyard ABŞ dolları təşkil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!