Azərbaycanın Xalq rəssamı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Mədəniyyət

30 Aprel 2025 22:44 819


Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib.

R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. Toyuqlu pizza

O, 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı olub. "Xalq rəssamı" fəxri adına 2000-ci ildə layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!