Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu atəşə tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu atəşə tutuldu 

Dünya

07 Noyabr 2020 14:47 1011


Gecə təxminən saat 02:30-da Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu atəşə tutulub.

Bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov məlumat verib.

Bildirilir ki, altı əl atəş edilib, pəncərə və giriş qapısı qırılıb. Xoşbəxtlikdən, gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Sezar pizza

Nəzarət kameraları əllərində səsboğucusu olan tapançaya bənzəyən silah olan iki gənci qeydə alıb. Faktla bağlı cinayət işi başlanıb.

Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri araşdırma aparır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!