Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Hadisə

17 Avqust 2024 21:58 970


Azərbaycanın göndərdiyi yanğınsöndürmə təyyarəsi saat 23.00-da Adnan Menderes hava limanına enəcək.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Nazir qeyd edib ki, gün ərzində daha 3 meşə yanğını baş verib. Hazırda 8 yanğının söndürülməsi davam edir, onlardan 4-ü artıq lokallaşdırılıb. Pepperoni pizza

"Güclü küləyə baxmayaraq, yanğınla mübarizə 3 gündür davam edir. İzmirin Yamanlar rayonunda 3 təyyarə və 15 helikopter meşə yanğınlarının söndürülməsi ilə məşğuldur”, - nazir deyib.

İzmir şəhərinin Menderes rayonunda baş verən yanğının enerji ötürücü xəttindən qaynaqlandığı müəyyən edilib.

“Qapalı ərazilərin kənarında od yandırmaq olmaz”, - nazir xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!