Azərbaycanlı yeniyetmə Dubayda qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı yeniyetmə Dubayda qızıl medal qazandı

İdman

12 Oktyabr 2021 17:20 819


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, turnirdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edib və rəqiblərinə qalib gəlib.

Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Dominos pizza

Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olan idmançı valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçüb.

Mirzə orada “Tiger kickboxing” klubuna daxil olaraq, muay tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib.

Dəfələrlə yarışlarda iştirak edən idmançı 2019-cu ildə kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!