Azərbaycanın yeraltı su ehtiyatları azalıb - Rafik Verdiyev

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın yeraltı su ehtiyatları azalıb - Rafik Verdiyev

Sosial

02 Sentyabr 2025 13:58 400


Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb.

Yenisabah.az xəbər verir ki, bunu Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafik Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur: Dördpendirli pizza

"Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir".

R.Verdiyev bildirib ki, son 34 ildə Azərbaycanın əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb:

"Ən çox azalma 19 faiz olmaqla, yay dövründə müşahidə edilib. İllik azalma özünü daha çox çayın Mingəçevir su anbarından așağı axınında göstərir. Bu göstərici 28 faiz olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!