Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyədə iki medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyədə iki medal qazandılar

İdman

07 May 2025 23:32 413


Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.

Yenisabah.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb. pizza sifarişi

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!