"Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun beşinci raundunu keçirdik".
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsindəki paylaşımında qeyd edib.
"Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdik. Azərbaycanın Aİ-nın dəyərli və etibarlı əməkdaşı olduğu vurğulandı", - deyə paylaşımda bildirilib. pizza mizza
Telegram kanalımız