“Azərbaycanla bağlı qanun layihəsinə tam dəstək verəcəyik“ -   Dövlət Bağçalı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla bağlı qanun layihəsinə tam dəstək verəcəyik“ - Dövlət Bağçalı

Siyasət

17 Noyabr 2020 15:57 825


“Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun layihəsinə, şübhəsiz ki, tam dəstək verəcəyik”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.

“28 il öncə işğal edilən ərazilərin 70 %-ni 44 gündə işğaldan azad edən dost və qardaş Azərbaycanın sonunadək arxasında olacağımızı söyləmək istəyirəm. Diləyimiz Dağlıq Qarabağın tamamının təmizlənməsi, təcavüzkar Ermənistanın vətən torpaqlarının hər qarışından çıxarılmasıdır”, - o qeyd edib. (Report) pizza hut

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihə bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!