Azərbaycanla bağlı səhnələrin də yer aldığı Hollivud istehsalı “Fast and Furious” bədii filminin 9-cu seriyasının premyerası 25 iyun 2021-ci ildə keçiriləcək.
Yenisabah.az-ın xəbərinə görə, filmdə bəhs edilən hadisələr Londondan Tokioya, Mərkəzi Amerikadan Edinburqa, həmçinin Azərbaycandakı gizli bir bunkerdən Tbilisiyə qədər cərəyan edir.
Filmin büdcəsi 200 milyon ABŞ dollarıdır. pizza hut
Qeyd edək ki, bədii filmin Gürcüstandakı çəkilişləri “Gürcüstanda çək” layihəsi çərçivəsində 2019-cu ilin 19 avqust – 22 sentyabr tarixlərində baş tutub. Çəkilişlər Tbilisinin Rustaveli və Vaja-Pşavela prospektlərində, həmçinin Rustavi şəhərində aparılıb. (APA)
Telegram kanalımız