“Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik” - Hakan Fidan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik” - Hakan Fidan

Siyasət

17 Oktyabr 2024 23:39 566


"Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Haber Global"a müsahibəsində deyib.

O bildirib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Sezar pizza

"Biz Azərbaycanla bir millət, iki dövlətik. Bir çox məsələdə isə bir dövlət kimi davranırıq. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığımız çox sıxdır", - deyə Fidan vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regiona böyük fayda gətirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!