Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başladı

Hadisə

04 May 2024 21:00 610


Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən bir qrup erməni Tavuş vilayətinin Kirants kəndindən İrəvana doğru yürüşə başlayıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı nümayişə çıxan bir qrup sakin traktorlarla Ermənistan-İran yolunu bağlayıblar. Marqarita pizza

Xatırladaq ki, Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara uyğun olaraq, sərhəddə iki ölkənin ekspert qrupları geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!