“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün addımlar atılır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:
“Xüsusilə, bu addımlar Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimadın formalaşmasına meyllidir”. Sezar pizza
O, həmçinin bildirib ki, Türkiyə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyini davam etdirir:
“Sərhəd komissiyasının yaradılması və Azərbaycanın təklif etdiyi sülh sazişi ilə bağlı razılığa gəlmək lazımdır. Biz bu prosesləri dəstəkləyirik. Cənubi Qafqazın çiçəklənməsi üçün region ölkələrinin normal münasibətlərə malik olması lazımdır", - Çavuşoğlu bildirib.
Telegram kanalımız