Azərbaycanla Ermənistan bu məsələni müzakirə edir 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Ermənistan bu məsələni müzakirə edir 

Rəsmi

28 Mart 2021 13:33 1441


"Ermənistanın Tavuş bölgəsindən keçən dəmir yolu xəttinin açılışı Yuxarı Larsa alternativ ola bilər və Gürcüstanın Poti limanina yolu qısaldar. Hazırda Azərbaycanla dəmir yolunın açılması işçi qaydada müzakirə mərhələsindədir”.

Bunu Ermənistanın Tavuş bölgəsinin qubernatoru Ayk Çobanyan deyib. O, Baş nazirin müavini Mqer Qriqoryanın "Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sovet dönəmində mövcud olan bütün kommunakisyaların açılması məsələsini müzakirə edir" fikrinə münasibət bildirib:

"O zaman Tavuş bölgəsini də Azərbaycanla İcəvan-Qazax-Bakı dəmir yolu birləşdirirdi. Hazırda bu istiqamətdə müzakirələr var. Mənim fikrimcə, bu, ölkəmizin yaxın illərdə inkişaf üçün əsas imkanlardan biridir. Bilirsiniz ki, əsasən cənub istiqaməti intensiv müzakirə olunur. Mən də belə hesab edirəm ki, bu istiqamət Ermənistanın nəqliyyat infrastrukturu baxımından statusunu dəyişdirməyə kömək edəcək". Marqarita pizza

Qubernatorun sözlərinə görə, hazırkı mərhələdə diqqət mərkəzində həm də əvvəlki infrastrukturun bərpası dayanır. Onların arasında Tovuzdan keçən Razdan-Qazax marşrutu da var: "Hələlik bu istiqamətdə hansısa qərar yoxdur, arşadırma aparılır, dağılmış hissələr var, onları bərpa etmək lazımdır. Məsələ işçi qaydada müzakirə mərhələsindədir. Ona görə də hansısa qərardan hələlik danışa bilmirik"./Cebhe.info 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!