“Həm rusiyalı həmkarlarımızla, həm də Azərbaycanla müzakirələr zamanı Gorus-Qafan dövlətlərarası yolundakı vəziyyətlə bağlı məsələni qaldırırıq və məsələnin tezliklə həllini gözləyirik”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 24-də jurnalistlərə müsahibəsində bildirib.
“Təbii ki, İranın Ermənistandakı səfiri ilə Gorus-Qafan dövlətlərarası yolundakı vəziyyəti də müzakirə etdik. Həm bizi, həm də İran tərəfini mövcud vəziyyət narahat edir. Bu problemi ən qısa zamanda həll etmək üçün bütün səviyyələrdə müzakirə edirik. Yəni həm rusiyalı həmkarlarımızla, həm də Azərbaycanla aparılan müzakirələr zamanı Gorus-Qafan dövlətlərarası yolundakı vəziyyətlə bağlı məsələ qaldırırıq və məsələnin tezliklə həllini gözləyirik”, – deyə Qriqoryan qeyd edib. pizza hut
Armen Qriqoryan bu yolun hərəkət üçün təhlükəsiz olub-olmadığı sualına birbaşa cavab verməyib:
“Noyabrın 9-dan sonra əldə olunan razılaşmalara görə, Ermənistan tərəfi yoldan təhlükəsiz şəkildə istifadə edə bilməlidir. Bu müddət ərzində problemlər ortaya çıxıb, qorxular var və bir daha problemin olmaması üçün bütün addımları atırıq və bu yoldan etibarlı şəkildə istifadə edə biləcəyimizə ümid edirik".
Telegram kanalımız