Azərbaycanla İran arasında razılıq əldə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla İran arasında razılıq əldə olundu

Siyasət

02 Fevral 2025 14:37 1978


Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

"Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan - İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. pizza sifarişi

3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.

Ağbənd-Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu", - o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!