Azərbaycanla İsrail arasında saziş imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla İsrail arasında saziş imzalandı

Maraqlı

19 Aprel 2023 14:43 652


19 aprel 2023-cü il tarixində Bakıda keçirilən Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. 

Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen imzalayıb.

Sazişdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunması, tullantı sularının təmizlənməsi standartları, suyun düzgün idarə edilməsinin ekoloji aspektləri, hava keyfiyyətinin monitorinqi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Pepperoni pizza

Sazişin imzalanması iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə və yeni əlaqələrin yaradılmasına öz müsbət töhfəsini verəcək. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!