“Azərbaycanla media müstəvisində gərginliyinə baxmayaraq...“ - İranlı nazir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla media müstəvisində gərginliyinə baxmayaraq...“ - İranlı nazir

Rəsmi

27 Oktyabr 2021 17:52 1122


"Azərbaycan Respublikasında bir səlahiyyətlinin rəsmi Bakının saxta İsrail rejimi ilə heç bir əlaqəsi olmadığını bildirməsi sualın yaxşı cavabıdır".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O, Ərdoğanın bu gün İranla bağlı söylədiyi fikirlərə dair jurnalistlərin verdiyi sualı belə cavblandırıb. pizza hut

"Azərbaycan Respublikası İranın mehriban qonşusudur. Ən əsası Azərbaycan tərəfində olan dalğalanma və media müstəvisində gərginliyə baxmayaraq, vəzifədaşımla (Ceyhum Bayramov - red.) daimi təmaslarımız olub", - deyə XİN rəhbəri bildirib.

Əmir Abdullahian əlavə edib:

"İndi mediadakı gərginliyi aradan qaldırmışıq və həbs olunan iranlı sürücülər azadlığa buraxılıb. Son razılaşmamız əməkdaşlığın düzgün istiqamətinə getməsi olub, bunun üçün indikatorlar müəyyən etmişik və ümid edirik ki, iki ölkənin problemləri tədricən həllini tapacaq. Ümumiyyətlə, 13-cü hökumətin (İbrahim Rəisi administrasiyası - red.) öz qonşularına, o cümlədən Azərbaycan Respublikasına baxışı ciddi əməkdaşlıqdan ibarətdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!