Azərbaycanla müqavilə 24 saat ərzində imzalana bilər 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla müqavilə 24 saat ərzində imzalana bilər 

Siyasət

08 Dekabr 2024 10:21 3079


"Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzinin rəhbəri Areq Koçinyan deyir ki, İrəvan və Bakı heç vaxt sülh müqaviləsi imzalamağa bu qədər yaxın olmayıb".

“Yeni Sabah” bildirir ki, bu haqda jurnalist Elbəyi Həsənli sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Koçinyan müqavilənin 24 saat ərzində yekunlaşa və imzalana biləcəyini qeyd edib: “İrəvanda və Bakıda, eləcə də Ağ Evin yeni rəhbərində siyasi iradə olsa, onda müqavilə çox tez bir zamanda razılaşdırıla bilər. Erməni ekspertlər deyir ki, preambula da daxil olmaqla 17 maddədən 15-i tərəflər arasında razılaşdırılıb. Yerdə qalan 2 maddənin nəyi ehtiva etməsi isə bəlli deyil. Danışıqlar getdiyindən bu məsələ ilə bağlı tərəflər açıq mətnlə nəsə demir”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!