“Azərbaycanla oyun asan olmayacaq” - Ukraynalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla oyun asan olmayacaq” - Ukraynalı ekspert

İdman

21 Dekabr 2024 10:27 478


Futbol eksperti Sergey Naqornyak Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsindəki qrupunu dəyərləndirib. 

Yenisabah.az “sport.ua”ya istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis Fransa ilə müqayisədə Xorvatiya ilə qarşılaşmağın Ukrayna millisi üçün daha münasib olduğunu bildirib.

O, İslandiya və Azərbaycan milliləri ilə görüşlərin də asan keçməyəcəyini qeyd edib: pizza hut

“Əlbəttə, mən Ukrayna millisinin rəqibi qismində Fransanı yox, Xorvatiyanı görmək istərdim. Fransızlar 2 heyət yığa bilərlər. Xorvatlarda isə nəsildəyişmə prosesi gedir. Prinsipcə, bütün komandalarla oyunlar asan keçməyəcək. İslandiya millisi yenidən səviyyəsinu artırır. Bu rəqiblərlə çətin olacaq. Bizim yaxşı futbolçularımız var. Lakin hələlik onlar millidə ümidləri tam doğrultmurlar”. 

Qeyd edək ki, millimiz seçmə mərhələdə Ukrayna yığmasına qarşı ilk oyununu sentyabrın 9-da öz meydanında keçirəcək. Səfər matçı isə oktyabrın 13-nə təsadüf edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!