"Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər".
Yenisabah.az xəbər verir ki, bu sözləri İsveç millisinin kapitanı Viktor Lindelöf Avro-2024-üç seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında deyib.
"Mançester Yunayted"in müdafiəçisi sabahkı oyunu səbirsizliklə gözlədiyini bildirib: "Biz daha əvvəl bir neçə yaxşı komandaya qarşı oynamışıq. Düşünmürəm ki, azarkeş amili bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də oyunu səbrsizliklə gözləyirik". Dominos pizza
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan - İsveç matçı saat 21:00-da başlayacaq.
Telegram kanalımız