“Azərbaycanla sərhəddə gömrük postları yaradılmalıdır”   - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla sərhəddə gömrük postları yaradılmalıdır” - Paşinyan

Rəsmi

29 İyul 2021 13:29 2263


"Mən dəfələrlə demişəm ki, Ermənistan dəhliz məntiqi çərçivəsində heç bir məsələni müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək".

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, nə 9 Noyabr bəyanatının 9 -cu bəndində, nə də 11 Yanvar bəyanatında dəhlizlə bağlı hər hansı bir ifadə və ya tərif verilməməyib və konkret marşrutlar göstərilməyib. Toyuqlu pizza

Baş nazir bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması lazım olduğunu da sözlərinə əlavə edib.

Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya, Orta Asiya və İranla, Azərbaycan isə öz növbəsində, Ermənistan ərazisi vasitəsilə Naxçıvan, Gürcüstan və İranla əlaqə saxlamalıdır. "Bu proqramı həyata keçirmək üçün müvafiq bölmələrdə gömrük keçid məntəqələri yaratmaq lazım olacaq", - Nikol Paşinyan MDB sərhədlərində fəaliyyət göstərən nəzarət-buraxılış məntəqələrini nümunə göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!