“Azərbaycanla sərhəddə yeni və gözlənilməz dəyişikliklər mümkündür” - Abramyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla sərhəddə yeni və gözlənilməz dəyişikliklər mümkündür” - Abramyan

Rəsmi

10 Sentyabr 2022 18:23 1298


“Yeni gözlənilməz dəyişikliklər mümkündür”. 

Yenisabah.az xəbər verir ki, bunu parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

“Azərbaycan bir neçə gün əvvəl Ermənistana qarşı informasiya “hücumuna” başlayıb. Bu gün isə müdafiə naziri səviyyəsində sərhəddə gərginlik olduğunu bəyan edir, sonra isə qoşunlara sərt əmr verir ki, vəziyyətə nəzarət edin və dərhal cavab verin. pizza mizza

Azərbaycan davranışının əsasında 2 əsas motivi nəzərdən keçirmək olar.

Birincisi, Ermənistanla danışıqlarda nəsə səhv var, ola bilsin ki, bu, konkret prosesin tempi ilə bağlıdır.

İkincisi, Azərbaycan müxtəlif situasiyalarda həyata keçirilən tədbirləri daha da sərtləşdirərək cəbhə xəttindəki siyasətinə yenidən baxmağa çalışır.

Hər iki halda situasiyada yeni dəyişikliklər hələ də gözlənilməz inkişaflarla mümkündür”,- deyə o yazıb./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!