Azərbaycanla Türkiyənin Gənclər və İdman nazirlikləri işçi qrup yaradacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Türkiyənin Gənclər və İdman nazirlikləri işçi qrup yaradacaq

İdman

25 Sentyabr 2021 19:56 689


"Azərbaycan pavilyonu ilə tanış olduq. Bilirsiniz ki, burada 11 startap layihəsi ilə təmsil olunuruq, azərbaycanlı tələbələrin burada iştirakı qürurvericidir. Sevindirici haldır ki, builki "Teknofest" festivalında təşkil olunan Azərbaycan pavilyonu olduqca populyardır".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov deyib.

Fərid Qayıb qeyd edib ki, Türkiyəyə nazir kimi ilk rəsmi səfəri uğurlu olub: "Burada qardaş ölkənin gənclər və idman naziri ilə görüşlərimiz oldu. Artıq, birgə əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalamışıq. Sadəcə birgə işçi qrupu yaratmaq barədə danışıqlar aparmışıq və işçi qrup təşkil edilən zaman açıqlama verəcəyik", - nazir əlavə edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!