Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü:   Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü: Ölənlər var

Hadisə

25 Avqust 2021 09:45 1530


Rusiyadan Azərbaycana gələn ailə üzvləri avtomobil qəzasına düşüb, ölənlər və yaralananlar var.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə Dərbənd ərazisində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü, ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb. Dördpendirli pizza

Sürücünün komada olduğu bildirilir.

Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!