Aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyeva vəfat edib.
Yenisabah.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının üzvü, professor N.Qazıyeva 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, N.Qazıyeva uzun illər pedaqoq kimi fəaliyyət göstərib, bir neçə film və tamaşada aktrisa kimi yer alıb. Martın 12-də onun 86 yaşı tamam olmuşdu. pizza hut
O, mərhum rejissor, “Şöhrət” ordenli Arif Qazıyevin həyat yoldaşı idi.
Telegram kanalımız