Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir - FOTO

Şou

18 Oktyabr 2024 17:50 1216


Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib.

Yenisabah.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.

Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub. Toyuqlu pizza

Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, aktyor, ssenarist, bloqer və aparıcı Emil Vurğun oğlu Musayev "Planet Parni iz Baku" ŞHK teatrının aktyorudur. O, "Bəxt üzüyü 2", "Məhəllə 3", "Qapı" və s. filmlərdə rol alıb. Sənətçi həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!