Azərbaycanlı alpinist itkin düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı alpinist itkin düşdü 

Hadisə

26 Sentyabr 2024 15:41 349


Ərak şəhərindən olan azərbaycanlı dağçı 60 yaşlı Həsən Səfəri İranın Əlbürz dağında itkin düşüb. 

Axar.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. 

Bildirilib ki, azərbaycanlı alpinist sentyabrın 18-də Əlbürzün zirvəsi Dəmavəndə yola düşüb, onu zirvəyə qalxan vaxt iki başqa alpinist görüb.  Dominos pizza

“Deyilənə görə, o, zirvədən qayıdan zaman hava buludlu olub, buna görə də Səfərinin yolu itirdiyi ehtimal olunur”, - məlumatda vurğulanıb. 

Səfərinin ailəsi Qızıl Aypara Cəmiyyəti və başqa əlaqədar dövlət qurumlarının axtarış əməliyyatlarının kifayət qədər intensiv aparılmadığına görə dağçılara müraciət edib və onlardan azərbaycanlı alpinistin tapılması üçün səfərbər olmalarını xahiş edib. 

Qeyd edək ki, bundan əvvəl avqustun 16-da təbrizli alpinist Əmir Səfəri də eyni yerdə itkin düşüb və bu günə kimi onun taleyindən xəbər yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!