Hamıya məlumdur ki, Azərbaycanın bir çox bölgələrində ərəb turistlərə rast gəlmək olur.
“Yeni Sabah” xəbər verir ki, ərəb turistlərə əsas pul mənbəyi kimi baxan restoranlar, turizm mərkəzləri, hətta incəsənət adamları onlardan “pul qopartmaq” üçün dəridən-qabıqdan çıxırlar.
Ölkə.az-a göndərilən bir videoda aşığın ərəb turistin qarşısında yarı ərəb, yarı da azərbaycanca oxuduğu ifa təəccüb doğurub. Qəbələdə çəkilən görüntüdə aşıq ərəb turistin xoşuna gəlmək üçün ərəb dilində də sözlər istifadə etməyə çalışıb. Nəticədə isə ortaya qəribə bir mənzərə çıxıb. pizza sifarişi
Həmin görüntünü təqdim edirik:
Telegram kanalımız