Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

Dünya

11 İyun 2025 20:55 1342


Azərbaycanda doğulan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarında nəqliyyat üzrə yeni rəis təyin olunub.

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, bu vəzifəyə polis mayoru Emil Azadoviç Həsənov təyin edilib.

Emil Həsənov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini hüquqşünas ixtisası üzrə bitirib. O, 2013-cü ildə Daxili İşlər Nazirliyində işə başlayıb, DİN-in Uzaq Şərq Federal Dairəsi üzrə yanğın təhlükəsizliyi müfəttişi vəzifəsində çalışıb. Dördpendirli pizza

2015-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsində xidmət edir və cinayət axtarış idarəsinin əməliyyatçısı vəzifəsindən polis rəisinin müavini vəzifəsinə (ictimai asayişin mühafizəsi üzrə) qədər yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!