Azərbaycanlı çoban itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı çoban itkin düşdü

Hadisə

29 İyul 2021 16:56 1078


Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola çıxıb və geri dönməyib. Marqarita pizza

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!