Azərbaycanlı cüdoçudan növbəti “pullu paylaşım”:   Bu dəfə dollarla özünü yellədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı cüdoçudan növbəti “pullu paylaşım”: Bu dəfə dollarla özünü yellədi - Video

İdman

07 İyul 2021 19:31 2091


Azərbaycan cüdoçusu, milli komandamızın keçmiş üzvü Elmar Qasımov növbəti dəfə qalmaqallı paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Bir müddət əvvəl balkondan küçəyə pul səpələyən və bunu videoya çəkərək sosial media hesabından paylaşan idmançı yenə “pullu paylaşımı” ilə diqqətləri üzərinə çəkib.

Əlindəki bir dəstə ABŞ dolları ilə avtomobildə özünü yelləyən Qasımovun bu videosu çoxsaylı qınağa səbəb olub. Pepperoni pizza

Qeyd edək ki, son zamanlardakı zəif çıxışı və intizamsızlığı səbəbindən milli komandadan uzaqlaşdırılan Elmar Qasımov millinin Olimpiadaya gedəcək heyətində də yer almayıb.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!