Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə dəstək qrupu Qabona çatdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə dəstək qrupu Qabona çatdı

Hadisə

27 Yanvar 2021 01:56 980


Türkiyənin Librevildəki Səfirliyi özünün tvitterdəki hesabında 22 nəfərlik dəstək qrupunun Qabonun paytaxtına çatdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, qrup üzvləri səfir Nilüfer Erdem Kayğısız tərəfindən qarşılanıb. pizza mizza

Paylaşımda dəstə üzvlərinin gəminin lövbər saldığı Port Gentil Limanına gedərək gəmiyə minəcəyi bildirilib.

Yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına hərəkət edib.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!