Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Ceyhun Məmmədovun Xocalı soyqırımının 30 illiyilə əlaqədar Misir Ərəb Respublikasının asiaelyoum.com, worldnewnews.com, rayetmisr.com, aldiplomasy.com, Sudanın sinopanorama.net, İraqın almadaeennews.blogspot.com saytlarında məqalələri nəşr olunub.
Yenisabah.az-ın məlumatına görə, məqalələrdə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə mühasirədə qalmış şəhərə hücum edərək, azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər.
30 il ötməsinə baxmayaraq Azərbaycan xalqının bu vəhşiliyi heç zaman unutmayacağı, sözügedən cinayətin təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədildiyi vurğulanır. pizza sifarişi
Məqalələrdə həmçinin, bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə
amansızcasına divan tutulduğu, şəhərin darmadağın edildiyi, 613 günahsız insanın qətlə yetirildiyi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildiyi, bir neçə ailənin tamamilə məhv edildiyi, yüzlərlə dinc sakinin ağır yaralandığı, minlərlə insanın girov götürüldüyü qeyd olunur.
O da vurğulanır ki, tarixdə ilk dəfə deyil ki, Ermənistan Azərbaycana qarşı bu cür cinayət törədir. Ötən əsrin həm əvvəllərində, həm də ortalarında ermənilər azərbaycanlılara qarşı bu kimi vəhşilikləri törədiblər.
"Ermənilər təkcə bu cinayətləri törətməklə kifayətlənməyərək, tarixi Azərbaycan ərazilərində qurulan Ermənistan ərazisində yaşayan azərbaycanlıları da öz dədə-baba yurdlarından qovmuş, onların başına müxtəlif müsibətlər gətirmişlər", - yazılarda vurğulanır.
Sonda qeyd olunur ki, azərbaycanlılara qarşı törədilən bu soyqırımı aktı mütləq öz hüquqi qiymətini almalıdır. Azərbaycanın öz məqsədinə nail olmaq üçün sona kimi mübarizə aparacağı da bildirilir.
Telegram kanalımız