Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı

Siyasət

03 İyun 2025 21:59 1388


Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.

Yenisabah.az Milli.az-a istinadən xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı "özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər" fikrini səsləndirib.

Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi yanaşmasının mümkünlüyünü qeyd edib. pizza hut

Deputatın çıxışı ictimaiyyətdə sərt tənqidə səbəb olub. Federal səviyyədə də məsələ rezonans doğurub. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov bildirib ki, Tağızadəni "süpürgə ilə qovmaq lazımdır". XMAO Dumasının sədri Boris Xoxryakov isə deputatın Etika Komissiyasına çağırılacağını açıqlayıb.

Sonradan Xalid Tağızadə üzr istəsə də, bu Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov tərəfindən şübhə altına alınıb.

Tağızadə açıqlamasında belə deyib:

"Yuqranın miqrantlar üçün cəlbedici olmasının səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyildi. Təəssüf ki, fikirlərim birmənalı qarşılanmadı. Bunun üçün üzr istəyirəm".

Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!