Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər

Siyasət

04 Avqust 2020 18:56 1084


Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcəklər.

Bu barədə Yenisabah.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər. pizza mizza

Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər.

Yekunda prezident seçkilərinə dair rəy veriləcək.

Səfər avqustun 11-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!