Azərbaycanlı döyüşçü gücünü Həbib Nurməhəmmədovun yeznəsi ilə sınadı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı döyüşçü gücünü Həbib Nurməhəmmədovun yeznəsi ilə sınadı

İdman

18 Sentyabr 2021 10:30 1324


Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib. 

Yenisabah.az xəbər verir ki, idmançı tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. 

Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan Abbasov titul döyüşündə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb. Dördpendirli pizza

Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən Nəriman texniki nokautla qalib gəlib. 

İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub.

Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub. 

Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Görüş Abbasovun karyerasında 30-cu döyüş olub. 

Yalnız üç dəfə uduzan idmançı 27-ci qələbəsini qazanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!