Azərbaycanlı Elmir Fərzəliyev Almaniyada qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı Elmir Fərzəliyev Almaniyada qətlə yetirildi

Kriminal

05 İyul 2021 09:25 1114


Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

Yenisabah.az “Report”a istinadən məlumat verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər. Sezar pizza

Qreven şəhərinə yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanstan vətəndaşı E.Fərzəliyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.

Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!