Zərdab rayon sakinləri Rusiyada ağır yol qəzasında həlak olublar.
Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə bu ölkənin Saratov şəhərində qeydə alınıb.
Belə ki, Saratov şəhərində yaşayan, əslən Zərdab rayonundan olan qohumlar yol qəzasına düşüblər. pizza mizza
Rayonun Qoruqbağı kəndindən olan iki əmioğlu - Anar və Elvin Qarayevlər ağır yol qəzasında həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb.
İlkin məlumata görə, hadisəyə yol kənarında dayanmış başqa avtomobil səbəb olub.
Qəzada ağır yaralanan şəxsin bir neçə həftə öncə toyu olub. Ölənlərdən ikisinin meyiti Azərbaycana gətirilərək, Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn olunacaq.
Telegram kanalımız