Azərbaycanlı futbolçu 30 yaşında karyerasını başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu 30 yaşında karyerasını başa vurdu

İdman

13 Noyabr 2023 23:47 1008


Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub. 

Yenisabah.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. pizza hut

Təcrübəli orta xətt oyunçusu son olaraq I Liqa təmsilçisi “İrəvan”ın formasını geyinib.

V.Bəybalayevin paylaşımını diqqətinizə çatdırırıq:

“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır”, - deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən altı yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm! 

Futbol mənə həyatımda saysız-hesabsız təcrübələr, möhtəşəm dostluqlar və hər zaman dəstəyini hiss etdiyim dəyərli insanlar qazandırdı. Yaşıl meydandan ayrılmağa qərar versəm də, futbolun mənə bəxş etdiyi sevinclər, öyrətdiyi təcrübələr, qazandırdığı dostlar, dəyərli insanlar bundan sonra da hər zaman mənimlə həyatımın geri qalanında qəlbimdə daim var olacaq.

Bu yolda oynadığım komandadan asılı olmayaraq, bu günə kimi mənə dəstək olan azarkeşlərə, ilk gündən mənə inanan və güvənən ailəmə, daha da yaxşı olmağım üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, əziyyətləri qarşısında baş əyirəm!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!