Azərbaycanlı futbolçu “Ararat“la oyunlar üçün sifariş olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu “Ararat“la oyunlar üçün sifariş olundu

İdman

08 İyul 2023 13:21 1232


Albaniyanın "Eqnatiya" klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçinin özü açıqlama verib. Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:

"Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, "Ararat"a qarşı oynamaq şansı qazanım". pizza

Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!