Bolqarıstanın “Arda” klubu Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun transferini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Məlumata görə, 20 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb. Hüseynov tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atıb. Marqarita pizza
Qeyd edək ki, 2020-ci ildən “Zirə”nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında “Şamaxı”nın formasını geyinib.
Telegram kanalımız