Azərbaycanlı futbolçu Çexiyada 2 qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Çexiyada 2 qol vurdu

İdman

09 May 2021 19:00 1790


Çexiya 2-ci divizionunda 23-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib. Sezar pizza

Bu nəticədən sonra 36 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!