Azərbaycanlı futbolçu İrəvanda məşqə çıxdı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu İrəvanda məşqə çıxdı - Fotolar

İdman

13 İyul 2023 10:04 1283


Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvanda məşqə çıxıb. 

Yenisabah.az xəbər verir ki, məşq İrəvan Futbol Akademiyasının stadionunda keçirilib. 

Xatırladaq ki, 27 yaşlı futbolçu 2 gün əvvəl yeni komandası Albaniyanın "Eqnatiya" klubu ilə birgə Ermənistana yollanıb. Albaniya təmsilçisi Konfrans Liqasında Ermənistanın "Ararat-Armenia" klubuna rəqib olub. Bu komandalar KL-in 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. İlk oyun iyulun 13-də İrəvanda, cavab matçı iyulun 20-də Albaniyada olacaq.  pizza mizza

V.İsgəndərli bu matçlar üçün UEFA-ya sifariş olunub. Bugünkü oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!