Azərbaycanlı futbolçu Maldiv adalarında oynayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Maldiv adalarında oynayacaq

İdman

27 İyul 2020 12:52 857


Azərbaycanlı futbolçulardan biri Maldiv adaları klubu ilə müqavilə bağlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov "Zen.yandex.ru" saytına müsahibəsində deyib.

Menecer oyunçunun adını açıqlamasa da, onun 25 yaşında olduğunu bildirib. pizza

Adıgözəlovun sözlərinə görə, sözügedən futbolçu yeni komandasında Azərbaycanın ortabab klublarında verilən məvacibdən daha çox qazanacaq: "Bonuslar da olacaq. Üstəlik, qalmaq pulu da veriləcək. Maldiv adaları bahalı ölkədir".

Sportinfo yazır ki, Adıgözəlov bu transferin necə baş tutmasından da söz açıb: "Maldiv adalarında dincələrkən çempionat oyununa getmişdim. Orada futbol adamları ilə tanış oldum. Hər şey belə başladı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!