Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - Foto

İdman

10 Avqust 2020 22:20 918


Azərbaycanlı futbolçu Elvin Yunuszadə “Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubuna transfer olunub.

Yenisabah.az xəbər verir ki, millimizin, “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail” kimi klubların sabiq futbolçusu olmuş 27 yaşlı mərkəz müdafiəçisi Skopye klubu ilə bir illik müqavilə bağlayıb.

Fevralın 9-da Bosniya və Herseqovinanın “Çelik” klubuna keçsə də, pandemiyaya görə bu komandada oyuna çıxa bilməyən Elvin Yunuszadə açıqlama da verib. Sezar pizza

O bildirib ki, dünəndən Skopyedədir və yeni komandasının “Şkendiya” ilə 2:2 başa çatan görüşünü izləyib. Klub saytı onun “Qarabağ”ın heyətində “Çelsi”, “Atletiko” və “Roma” ilə Çempionlar Liqası görüşlərinə çıxdığını bildirib.

Qeyd edək ki, “Şkupi” (albancada “Skopye” deməkdir – S.M.) Şimali Makedoniyanı təmsil etsə də, klubun sahibi türkiyəli Aydın Ölgündür. Klubun idarəçiləri isə müsəlmanlar – albanlardır. 2012-ci ildən albanların Şimali Makedoniyada azarkeşlik etdiyi bu klubun prezidenti Eyup Ademi, baş məşqçisi Katip Osmanidir.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!