Azərbaycanlı futbolçu Polşa klubuna keçir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Polşa klubuna keçir

İdman

09 Fevral 2021 12:49 803


Bir müddətdir klubsuz qalan Fuad Bayramov yenidən legioner həyatı yaşayacaq.

Yenisabah.az-ın məlumatına görə, yarımmüdafiəçi bundan sonra Polşada "KSZO Ostrowiec"in şərəfini qoruyacaq.

Üçüncü liqa təmsilçisi azərbaycanlı futbolçu ilə 1 illik müqavilə imzalayacaq. Razılaşmaya görə, daha yaxşı təklif gələrsə, Fuad az məbləğ qarşılığında komandasını dəyişə bilər. Toyuqlu pizza

Bayramov ölkəmizdə "Keşlə"dəki çıxışı ilə tanınıb. O, bu komandanın heyətində 100-ə yaxın oyun keçirib. Bundan başqa 26 yaşlı futbolçu qısa müddət Gürcüstanda - "Rustavi"də da legioner həyatı yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!