Azərbaycanlı futbolçu rəsmən Moldova klubunda

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu rəsmən Moldova klubunda

İdman

17 Mart 2021 16:23 1123


Moldovanın “Dinamo-Avto” klubu azərbaycanlı futbolçu Orxan Qurbanlının keçidini rəsmən açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək. pizza

Qeyd edək ki, Orxan müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi ötən ay Qurbanlı ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. Lakin həmin vaxtdan bəri futbolçu sənəd problemi ilə əlaqədar Moldova klubunda qeydiyyatdan keçə bilmirdi. Artıq bu problem aradan qalxıb. Tiraspol klubu onun adını sifariş ərizəsinə daxil edib. "Neftçi"nin yetirməsinin debütü martın 19-da, “Milsami” klubu ilə görüşdə gerçəkləşə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!